Ötən gecə Rusiya Ordusu Ukraynanın Zaporojye şəhərinə 10 raket zərbəsi endirib.
APA-nın “Ukrinform“a istinadən verdiyi xəbərə görə, raketlər çoxmərtəbəli binada və fərdi evlərdə dağıntılara yol açıb.
Ən azı 17 nəfər ölüb, 40-a qədər yaralı var.
İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib.
Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar.