Ərdoğan: “Dənizdə batan bizim insanlığımızdır“

Ərdoğan: “Dənizdə batan bizim insanlığımızdır“ backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrinin Yaxın Şərqdən olan qaçqınlara münasibətini kəskin tənqid edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Ərdoğan qərb ölkələrinin terrorizmə qarşı mübarizəsini qeyri ciddi adlandırıb və bu səbəbdən Aralıq dənizinin qaçqınların məzarına çevrildiyini deyib: "Mən heç bir humanist addımdan danışa bilmirəm. Avropa ölkələrinin bəziləri bu insanların yalnız bir hissəsini qəbul edirlər. Aralıq dənizində batan bizim insanlığımızdır".

Hazırda Türkiyəyə Suriyadan 2 milyona yaxın qaçqın sığınıb. Bu ilin əvvəlindən Yunanıstana 218 min insanın gəldiyi deyilir.

Bu arada Almaniyanın daxili işlər naziri Tomas de Mezyer də məsələyə münasibət bildirib: "İzmirdə hazırda on minlərlə insan Yunanıstana keçmək üçün fürsət axtarır. Mənim fikrimcə, biz bu axının qarşısını almaq üçün İzmirdə böyük qaçqın düşərgəsi inşa etdirə və oradakı insanların problemlərini həll edə bilərik. Bu, həm də həmin insanların qanunsuz yollarla Avropaya keçməsinin və faciələrin qarşısını alar".

Diaspora