Ankarada Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
“Sviss” otelində keçirilən mərasimdə Türkiyə rəsmiləri, Ankarada fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan, işləyən və təhsil alan özbəklər iştirak ediblər.
Əvvəlcə Özbəkistan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Özbəkistanın bu ölkədəki səfiri Ulfat Kadırov və Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu çıxış ediblər. Çıxışlarda Özbəkistanla Türkiyə arasındakı dostluq münasibətlərinin əhəmiyyətindən bəhs olunub.