Ukraynada döyüşən çeçenlərin sayı açıqlanıb

Ukraynada döyüşən çeçenlərin sayı açıqlanıb backend

"Rusiya ilə Ukrayna arasındakı müharibədə 10 minə yaxın Çeçenistan döyüşçüsü iştirak edir".

TASS xəbər verir ki, bunu Çeçenistanın başçısı Ramzan Kadırov hüquq-mühafizə orqanlarının zabitlərinin paradında çıxışı zamanı deyib.

Xatırladaq ki, Rusiyanın Ukraynada apardığı müharibəyə Ramzan Kadırovun nəzarətində olan çeçen döyüşçülərdən ibarət müxtəlif qruplaşmalar da cəlb olunub. Bu yaxınlarda isə Rusiya Prezidenti Vladimir Putin Kadırovu xidmətlərinə görə general-polkovnik hərbi rütbəsi ilə təltif edib.

Diaspora