Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib backend

Sentyabrın 4-nə keçən gecə Yaponiyanın şimal-şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.


Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Tokionun şimal-şərqində, 381 kilometr məsafədə, ocağı isə Sakit okeanın 14,7 kilometr dərinliyində yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.