Malayziya sahillərində gəmi qəzası :40 nəfər itkin düşüb

Malayziya sahillərində gəmi qəzası :40 nəfər itkin düşüb backend

Malayziyanın qərb sahillərində göyərtəsində qeyri-qanuni miqrantların olduğu gəminin qəzaya uğraması nəticəsində azı 40 nəfər itkin düşüb. Bu barədə məlumat yayan “Star” qəzeti bildirir ki, avqustun 3-də hava şəraitinin pis olması səbəbindən təxirə salınan xilasetmə əməliyyatı yenidən bərpa ediləcək.


Müxtəlif mənbələrin bildirdiyinə görə, gəminin göyərtəsində İndoneziya vətəndaşı olduqları güman edilən 70-80 nəfər olub. Axtarışlar zamanı gəmidə heç bir sənəd tapılmayıb.

Qəzanın ilk saatlarında təqribən 20 nəfər xilas edilib. Onların əksəriyyəti Malayziyanın hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş verməsi səbəblərinin aydınlaşdırlması məqsədilə saxlanılıb. Bundan əlavə, Port-Klanqa (Selanqor ştatı) polisi 20 cəsədin aşkarlandığını bildirib.

Milli Dəniz İşləri İdarəsinin rəhbərinin sözlərinə görə, gəmi İndoneziya bayrağı altında üzürmüş. Gəminin marşrutunun son nöqtəsini dəqiqləşdirmək mümkün olmayıb.
Diaspora