“Xiaomi” ilk noitbukunu istehsal etməyə hazırlaşır

“Xiaomi” ilk noitbukunu istehsal etməyə hazırlaşır backend

Çinin smartfon istehsalçısı “Xiaomi” şirkəti gələn ilin əvvəlində ilk noitbukunu istehsal etməyə hazırlaşır. İKT.lent.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, şirkətdə düşünürlər ki, “Xiaomi” noutbukları “MacBook Air”ə rəqib ola biləcəklər.

Artıq şirkət rəsmiləri Cənubi Koreyanın “Samsung” şirkəti ilə çip və displeylərin alınması ilə bağlı danışıqlara başlayıb. Amma hələlik Çin şirkəti istehsal edəcəyi noutbukun xasiyyətnaməsi barədə heç bir məlumat vermir.

Qeyd edək ki, “Xiaomi” şirkəti özünü smartfon istehsalçısı kimi tanıda bilib və şirkət öz çeşidlərini mütəmadi olaraq genişləndirir. Belə ki, şirkətin istehsal etdiyi məhsullar sırasına televizorlar, qulaqcıqlar, fitnes-braslet və digər aksessuarlar da daxildir.
Diaspora