Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı backend

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Kimya üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Kimya üzrə 2022-ci il Nobel mükafatının qalibləri ABŞ kimyaçısı, Stenford Universitetinin prrofessoru Carolyn R. Bertozzi, danimarkalı Morten Meldal və amerikalı K. Barry Sharpless olub.

Onlar bu mükafata "klik kimyasının və bioortoqonal kimyanın inkişafına görə" layiq görülüblər.

Qeyd edək ki, K. Barry Sharpless 2001-ci ildə də kimya sahəsində mükafat qazananlardan biri olub.

Diaspora