Parlamenti uşaq bağçasına çevirən erməni deputat - VİDEO

Parlamenti uşaq bağçasına çevirən erməni deputat -  VİDEO backend

Ermənistanın baş naziri Nikol Paşinyanın komandası növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib.

AzVision.az xəbər verir ki, hakim partiya olan "Vətəndaş müqaviləsi" təmsilçisi, deputat Narek Qahramanyanın arzuolunmaz videosu yayılıb.

Görüntülərdə deputatın parlamentdə oturub telefonda oyun oynaması əks olunub. Bəzi müxalif saytlar deputatın gəgin iclas zamanı bu anormal davranışını tənqid edərək məsul şəxslərin xalqın taleyinə də belə yanaşdıqlarını yazıblar. Hətta deputatın qanunverici orqanda uşaq kimi oyun oynaması səbəbindən onu bağçaya göndərməyi məsləhət bilən jurnalistlər də olub.

Diaspora