Ukrayna Odessa ilə bağlı UNESCO-ya müraciət edəcək

Ukrayna Odessa ilə bağlı UNESCO-ya müraciət edəcək backend

Ukrayna Odessanın sürətləndirilmiş prosedur üzrə UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün müraciət edəcək.

TASS xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko bildirib.

“Biz Odessanın sürətləndirilmiş prosedur üzrə UNESCO-nun əsas Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün dosye hazırlamışıq və onu təşkilata təqdim edirik”, - o, teleqram kanalında yazıb.

Nazirin sözlərinə görə, Odessanın UNESCO-nun dünya mədəni irsinin əsas siyahısına daxil edilməsi onun qorunub saxlanılmasına ciddi beynəlxalq diqqətin göstərilməsinə zəmanət verir. Dosye Odessa Şəhər Şurası tərəfindən Mədəniyyət Nazirliyi ilə birlikdə hazırlanıb.

Diaspora