Baydenlə Zelenski arasında telefon danışığı olub - KİV

Baydenlə Zelenski arasında telefon danışığı olub - KİV backend

ABŞ Prezidenti Cozef Bayden və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə CNN Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

İki prezidentin telefon danışığının təfərrüatları hələlik açıqlanmayıb.

Eyni zamanda bildirilib ki, danışıqlar ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin mümkün elanından əvvəl baş tutub. Bu, xüsusən 4 HIMARS reaktiv yaylım atəş sisteminin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini nəzərdə tutur.

loading...
Diaspora