Ermənistan prezidenti, ölkənin Milli Təhlükəsizlik Şurasının sədri Serj Sarkisyan irimiqyaslı “Şimşək-2015” komanda-qərargah təlimləri çərçivəsində ölkədə təlimlərin ssenarisinə uyqun yaranan vəziyyətlə bağlı məlumatlandırılması üçün Təhlükəsizlik Şurasının iclasını keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
“İclasda Milli Təhlükəsizlik Şurasının üzvlərinin ssenaridən irəli gələn məruzələr və təkliflər dinlənilib. Təlimlərin ssenarisinə uyğun olaraq müvafiq dövlət orqanlarına göstərişlər verilib”, deyə məlumatda bildirilir.“Sarkisyan konkret vəziyyətlərdə operativ və səmərəli addımların atılması və dövlət orqanlarının imkanlarının, hazırlığının sınaqdan keçirilməsi nöqteyi-nəzərdən təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib”, deyə məlumatda bildirilir.
Komanda-qərargah təlimlərinə Ermənistanda ötən gün start verilib və sentyabrın 6-nək davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan yerli jurnalistlərə bildirib ki, “Şimşək – 2015” təlimlərinin planlı xarakter daşıyır, hərbi əməliyyatların bərpa olunacağı halda Ermənistanın bütün müvafiq dövlət qurumlarının işinin uzlaşdırılmasına yönəldilib və Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsini nəzərdə tutur.
Təlimlərin ssenarisi məxfi saxlanılaraq mətbuata açıqlanmır.