Kanada İrana qarşı sanksiyalar tətbiq edib

Kanada İrana qarşı sanksiyalar tətbiq edib backend

Kanada bazar ertəsi insan hüquqlarının kobud şəkildə pozulmasına cavab olaraq İranın 25 fiziki və 9 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatında deyilir.

 

“Kanada yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar İranda törədilən kobud insan haqları pozuntularına, o cümlədən qadınların sistematik təqibinə, o cümlədən Məhsa Əmininin ölümü ilə nəticələnən əxlaq polisinin dəhşətli hərəkətlərinə cavabdır”, - məlumatda deyilir.

 

Qeyd olunur ki, yeni məhdudiyyətlər İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandiri Hüseyn Səlamiyə, İİKK-nın “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri İsmayıl Kaaniyə, İranın əxlaq polisinə və onun rəhbərinə, İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib və onun rəhbərlik etdiyi quruma şamil edilib.

Diaspora