Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır. İlk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibinin adını açıqlanıb.
Qaziler.az xəbər verir ki, məlumatı Nobel Mükafatı Komitəsi yayıb.
Belə ki, fiziologiya və tibb üzrə 2022-ci ildə Nobel mükafatına İsveç alimi Svante Paabo layiq görülüb.
O, mükafata “Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb. Svante Paabo 1955-ci ildə Stokholmda anadan olub.
Xatırladaq ki, mükafat Alfred Nobelin vəsiyyətinə əsasən altı sahə - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə verilir.
APA
