Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu backend

Türkiyənin Muğla şəhərində 4,8 bal gücündə zəlzələ olub.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla saat 13:58-də şəhərin Köyceğiz bölgəsində baş verib. Zəlzələnin ocağı 8,11 km dərinlikdə qeydə alınıb.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Diaspora