ABŞ-ın “Vantage Robotics” şirkəti “Snap” qatlanan pilotsuz uçuş aparatını təqdim edib.
İKT.lent.az-ın “N+1” portalına istinadən verdiyi xəbərə görə, kvadrokopter aparat bir neçə hissədən ibarətdir. Cihazın 4 ədəd rotorla təchiz olunmuş raması uzunsov korpusdan asanlıqla ayrılır və tən ortadan qatlanır. Bu cür xüsusiyyət dronu səyahətlər üçün çox cəlbedici edir. Belə ki, o, hissələrə ayrılmış vəziyyətdə çox az yer tutur və adi bel çantasına sığır. Aparatın çəkisi cəmi 500 qramdır.
Dron “Sony Exmor İMX 377” kamerası isə təchiz olunub. Bu kamera 4K həllə malik keyfiyyətli video çəkməyə imkan verir. Batareya aparatın 20 dəqiqə havada qalmasına imkan yaradır. Maksimal uçuş sürəti saatda 54 km-dir.
Kvadrokopteri həm standart pult, həm də “Android” və iOC bazasında çalışan cihazlarla idarə etmək mümkündür. Şirkətin saytında aparatı 895 dollara sifariş etmək olar. İlk müştərilər “Snap”ı 2016-cı ilin yazında əldə edəcək.