Putin sabah “ilhaq”ı rəsmən elan edəcək - Kreml

Putin sabah “ilhaq”ı rəsmən elan edəcək - Kreml backend

Rusiya lideri Putin sabah Moskvada, yerli vaxtla 15.00-da keçiriləcək çıxış və imzalanma mərasimi ilə "referendum"un keçirildiyi Xerson, Zaporojya, Donetsk eləcə də Luqanskın Rusiyaya birləşdirildiyini açıqlayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya dövlət xəbər agentliyi TASS məlumat verib.

Kremlin bəyanatına görə, sabah bu bölgələrin Rusiyanın tərkibinə birləşdirilməsi üçün imzalanma mərasimi keçiriləcək. Mərasimdə Rusiya prezidenti Vladimir Putin çıxış edəcək.

Beləliklə, Moskva sabah "referendum"la Rusiyaya birləşməyə qərar verən 4 bölgə üçün rəsmi addımı atmış olacaq.

Digər tərəfdən, Moskvada çıxan "Vedomosti" qəzeti "referendum"un davam etdiyi dörd bölgənin Krımla birlikdə Rusiyanın doqquzuncu federal bölgəsi olacağını yazıb. Qəzet bu iddianı adı açıqlanmayan rusiyalı senatora və Krım administrasiyasına yaxın mənbəyə istinadən yazıb.

Rusiyanın bu oyunu, Qərb dövlətləri, eləcə də Kiyev tərəfindən “fırıldaqçılıq” kimi təsvir edilib və nəticənin tanınılmayacağını elan edilib.

Moskva 2014-cü ildə işğal etdiyi Krımda da analoji "referendum" keçirib və 97 faiz səslə Rusiyanın tərkibinə daxil olmaq lehinə bu torpaq ilhaq edilib. Bir çox ölkələr, o cümlədən Türkiyə hələ də Krımı Ukrayna ərazisi hesab edir.

Moskva isə Ukraynanın bu ərazilərində Rusiya xalqının nümayəndələrinin yaşadığını bəhanə edərək,qonşu dövlətin ərazisini işğal edib Rusiyanın tərkibinə keçirilməsini "qanuna uyğun" formada həll etdiyini düşünür. ABŞ isə bu aktları qeyi qanuni hesab etdiyini bildirir. Ağ Ev Rusiyay qarşı sanksiyaları daha da sərtləşdirmək barədə Avropalı müttəfiqləri ilə məsləhətləşmələr aparır.

Diaspora