Dövlət Departamenti: Snouden ABŞ məhkəməsi qarşısında cavab verməlidir - YENİLƏNİB

Dövlət Departamenti: Snouden ABŞ məhkəməsi qarşısında cavab verməlidir -  YENİLƏNİB backend

ABŞ Dövlət Departamenti keçmiş kəşfiyyatçı Edvard Snoudenə Rusiya vətəndaşlığı veriulməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib ki, Snouden ABŞ vətəndaşı olaraq qalır və o məhkəmə qarşısında cavab verməlidir.

“Bizim mövqeyimiz dəyişməyib: Snouden ABŞ-a qayıdaraq məhkəmə qarşısına çıxmalıdır. Yeganə dəyişən şey budur ki, o, RF silahlı qüvvələri sıralarına çağırıla bilər” – deyə Prays vurğulayıb.

***

20.14

Rusiya Prezidenti Vladimir Putin keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenə Rusiya vətəndaşlığı verib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya prezidenti Snodenə vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, Edvard Snouden 2013-cü ildən Moskvadadır. ABŞ hakimiyyəti onu dövlət əmlakını mənimsəməkdə və dövlət sirlərini yaymaqda ittiham edir.

Diaspora