Pelosi musiqi festivalında çıxış edərkən fitə basıldı - VİDEO

Pelosi musiqi festivalında çıxış edərkən fitə basıldı -  VİDEO backend

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nyu-Yorkda keçirilən Qlobal Vətəndaş Musiqi Festivalında çıxışı zamanı fitə basılıb.

Pelosi iqlim dəyişikliyi və karbon tullantılarının azaldılması ilə bağlı çıxışına başlayanda tamaşaçılar hay-küy salmağa və siyasətçidən nitqi tez bitirərək konsertə başlamağı tələb ediblər.

Pelosi nəvələrinin də tədbirdə olduğunu deyərək çıxışını bitirib və səhnəni tərk edib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Diaspora