Ukrayna Rusiyanın 4 hərbi təyyarəsini vurub

Ukrayna Rusiyanın 4 hərbi təyyarəsini vurub backend

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd təyyarəsini vurub.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Məlumata görə, hava hücumundan müdafiə bölmələri dörd təyyarəni (Su-25, iki Su-30 və bir Su-34) hədəfə alıb.

Həmçinin Rusiyanın dörd komanda məntəqəsi, canlı qüvvə və texnikasının cəmləşdiyi 20-dən çox ərazi vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sentyabrın 24-nə olan məlumatına görə, şəxsi heyət arasında Rusiyanın ümumi döyüş itkiləri təxminən 56 300 nəfərdir. Həmçinin 956 operativ-taktiki pilotsuz uçan aparat məhv edilib.

Diaspora