Türkiyənin Manisa vilayətinin Soma rayonunda kömür mədənlərinin birində baş vermiş faciə nəticəsində həlak olmuş 301 mədən işçisinin xatirəsinə həsr edilmiş serial çəkilib.
AZƏRTAC Cihan agentliyinə istinadla xəbər verir ki, "Soma" faciəsindən bəhs edən "Modern Habil Kabil" çoxmetrajlı film kömür mədənində işləyən iki qardaşın ümumi mədənçilik həyatından, bir qızına bir-birlərindən xəbərsiz aşiq olmalarından və nəticədə iki qardaşın öz aralarında yaşanan düşmənçilik münasibətlərindən bəhs edir.
Çəkilişləri İzmir və Təkirdağda gerçəkləşən serial, həm də tərbiyəvi mövzudadır. İzləyicilərin böyük marağına səbəb olacaq serial sentyabrın 14-də Samanyolu TV-də yayımlanacaq.
Qeyd edək ki, serialda baş rolları tanınmış aktyorlar Gürkan Günal, Sercan Dede ve Merve Çeltek ifa edirlər.