Oslo Dairə Məhkəməsi Norveçin internet provayderlərinin yeddi ən populyar fayl mübadiləsi saytına girişi bloklaması barədə qərar çıxarıb.
Bununla bağlı qərar Norveç və ABŞ kinostudiyalar qrupu və səsyazma şirkətləri tərəfindən məhkəməyə edilən müraciət əsasında verilib.
Qərarın şamil edildiyi provayder şirkətlərin nümayəndələri bildiriblər ki, qərardan şikayət etmək niyyətində deyillər. Qadağa "Pirate Bay”, “Extra Torrent”, “Viooz” və “Movie4k” kimi portallara şamil olunub.
Norveç Liberal Partiyasının sədri Trine Skey Qrande qeyd edib ki, belə qararlar ölkə qanunvericiliyi üçün təhlükəlidir. Bu, son nəticədə vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilər.
Məhkəmə həmçinin yeddi pirat saytının sahiblərinin yerli studiyalarla yanaşı, ABŞ-ın "Disney”, “Warner Bros.” və “Universal” studiyalarının daxil olduğu Norveç Müəllif Hüquqları Alyansına 1,7 milyon kron məbləğində məhkəmə xərclərini ödəmək barədə qərar çıxarıb, - “Qazeta” yazır.