Ukraynada döyüşən Səid İsmayılov Rusiyadakı müsəlmanlara müraciət etdi - VİDEO

Ukraynada döyüşən Səid İsmayılov Rusiyadakı müsəlmanlara müraciət etdi - VİDEO backend

Ukrayna Müsəlmanları Dini İdarəsi “Ümmət” Müftisi Şeyx Səid İsmayılov Rusiyada yaşayan müsəlmanlara və ehtiyatda olan hərbçilərə videomüraciət edib.

Bu barədə Qaziler.az-a məlumat Ukrayna mənbələrindən daxil olub.

O bildirib ki, Kreml sarayının əmrlərini yerinə yetirmək üçün Ukraynada döyüşüb ölməyə, əl-qolunu itirib şikəst qalmağa dəyərmi?!

“Artıq sizin minlərlə vətəndaşınız bizim Ukrayna torpaqlarımızda məhv edilib. Yüzlərlə əsirimiz var. Eyni sayda əlil və şikəst olanlarınız var. Bu sizə lazımdır?! Siz Putinə görə bizim Ukrayna torpaqlarımızda əl-qolunuzu itirib şikəst qalmaq istəyirsiniz?” - deyə səslənib. 

Daha sonra Ukrayna müsəlmanlarının lideri 2 variant da təklif edib: “Bacardığınız qədər qaçın. Qaça bilməsəniz, bizə təslim olun və biz sizi əsir götürəcəyik”.

Qeyd edək ki, Şeyx Səid İsmayılov - Ukrayna Müsəlmanları Dini İdarəsi “Ümmət” Müftisi, Ukrayna müsəlmanlarının mənəvi liderlərindən biri, “Ukrayna İslam Araşdırmaları Mərkəzi” Ümum Ukrayna İctimai Təşkilatının prezidenti, Donetsk “Nur” Müsəlman İcmasının rəhbəri, Donetsk şəhərinin “Əl-Amal” İctimai təşkilatının üzvüdür. 

Ətraflı videosujetdə:

Diaspora