Çin qələbəni qeyd edir-FOTOLAR

Çin qələbəni qeyd edir-FOTOLAR backend

İkinci Dünya müharibəsində faşizm üzərində və yapon istilasına qarşı mübarizədə qələbənin 70 illiyi münasibətilə Pekində hərbi parad keçirilib. Qələbənin 70 illiyi ilə bağlı tədbirlər çərçivəsində baş tutan parad Çin Xalq Respublikası (ÇXR) tarixində İkinci Dünya müharibəsində qələbəyə həsr olunan ilk hərbi parad olub.

Dünyanın ən böyük meydanlarından hesab olunan Tiananmendə təşkil olunan mərasimdə 20-dən çox ölkənin dövlət və hökumət başçısı, o cümlədən Rusiyanın, Koreya Respublikasının, Qazaxıstanın, Belarusun, Özbəkistanın və digər ölkələrin prezidentləri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər.

ÇXR Sədri Si Cinpin mərasimdə geniş nitq söyləyərək İkinci Dünya müharibəsində qələbənin dünya üçün, o cümlədən ölkəsi üçün əhəmiyyətindən danışıb.

Hərbi paradda Çin silahlı qüvvələrinin 12 mindən çox hərbçisi, 500-dən çox hərbi texnika, 200-ə yaxın təyyarə iştirak edib. Bu, həm də Çin tarixində əcnəbi hərbçilərin iştirak etdiyi ilk paraddır. Belə ki, 17 ölkədən, o cümlədən Rusiya, Serbiya, Kamboca, Monqolustan, Venesuela və digər ölkələrdən ümumilikdə təxminən 1000 hərbçi paradda keçid edib.

Paradla bağlı maraqlı faktlardan biri də odur ki, nümayiş olunan silahların 84 faizi ilk dəfə ictimaiyyətə təqdim edilib.

Tiananmen meydanında paradı 40 mindən çox insan izləyib. Bundan başqa, mərasim ölkənin televiziya kanalları vasitəsilə canlı yayımlanıb.
Çin hökumətinin qərarına əsasən, paradla əlaqədar olaraq bu gün ölkədə qeyri-iş günü elan edilib.






Diaspora