“Malaysia Airlines” şirkətinə məxsus Amsterdamdan Kuala-Lumpura uçan “Boeing-777” sərnişin təyyarəsi Hindistanın Çennai şəhərinin aeroportunda məcburi eniş edib. Bu barədə təyyarənin məxsus olduğu şirkət məlumat yayıb.
Məlumatda qeyd edilir ki, səbəb təyyarədəki tualet otaqlarının işləməməsi olub. Bütün çatışmazlıqlar aradan qaldırıldıqdan sonra havaya qalxan təyyarə bu gün səhər təyinat yerinə çatıb.Ötən ilin iyulunda Ukraynanın şərqində baş vermiş qəzaya baxmayaraq, Malayziya hökuməti həmin istiqamətdə uçuşları dayandırmayıb. Yalnız əvvəlki reysin adı MH17-nin yerinə MH19 adlandırılıb.