Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Domodedovo" hava limanında baş verən yanğın söndürülüb. Bu barədə jurnalistlərə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl insident səbəbi ilə hava limanından 3 mindən çox insanın təxliyə edildiyi, reyslərin isə qismən təxirə salındığı barədə məlumatlar yayılmışdı.Hadisənin aeroportun baqaj bölməsində kabellərin alışması nəticəsində baş verdiyi bildirilir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi hava limanına xüsusi texnika yollayıb. Hazırda Moskva aeroportunun havalandırılması üçün işlər aparılır.