Avstraliyanın İŞİD-lə mübarizəyə qoşulması gələn həftə müzakirə olunacaq

Avstraliyanın İŞİD-lə mübarizəyə qoşulması gələn həftə müzakirə olunacaq backend

Avstraliyanın Baş naziri Toni Ebbot sentyabrın 3-də bəyan edib ki, onun ölkəsinin Suriyada fəaliyyət göstərən İŞİD radikal qrupuna qarşı mübarizəyə qoşulmaq barədə qərarın qəbulu ilə bağlı məsələ gələn həftə müzakirə ediləcək.

Bu barədə Baş nazir 2GB radiostansiyasına müsahibəsi zamanı məlumat verib.

Baş nazir deyib: “Müdafiə naziri son on gündə xaricə səfər edərək bizim qonşular və müttəfiqlərlə mühüm məsələləri müzakirə edib və mən onun iştirakı olmadan belə vacib qərar vermək istəmirəm. Gələn həftə o geri dönən kimi, biz bu barədə qərarın qəbulu ilə məşğul olacağıq”.

Radiostansiyanın verdiyi məlumata əsasən, Avstraliya İŞİD-lə İrakda aparılan mübarizə tədbirlərinə qoşulub. Lakin ABŞ Prezidenti Barak Obama ölkə rəhbərliyinə müraciət edərək, İrakdan kənarda da İŞİD-lə mübarizəyə qatılmağı xahiş edib.

Toni Ebbot qeyd edib ki, Avstraliyanın hökumət orqanları İŞİD-in “ölüm ayinlərinə” qarşı mübarizədə qətiyyətlidir.

Hələ cari ilin martında Avstraliyanın Baş naziri bildirmişdi ki, ABŞ hökumətinin beynəlxalq koalisiyaya yardım göstərilməsi barədə xahişi əsasında bu ölkə İŞİD-lə mübarizə aparan İrak qoşunları ilə təlim keçmək üçün 300 hərbçi göndərəcək. Ötən il isə Avstraliya İraka 600 hərbçi göndərmişdi. Bunlardan 400-ü hərbi aviasiya mütəxəssisi, 200-ü isə xüsusi təyinatlılar olub.
Diaspora