Ərdoğan FIFA prezidentinə topla məharətini göstərdi - VİDEO

Ərdoğan FIFA prezidentinə topla məharətini göstərdi -  VİDEO backend

BMT-nin 77-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantinonu qəbul edib.

İnfantino üzərində Ərdoğanın adı yazılan, “FIFA 2022” Dünya Çempionatının Qətərdə keçiriləcək kubokunda istifadə olunacaq rəsmi topunu təqdim edib. Görüş zamanı Ərdoğan ona hədiyyə edilən topa başla zərbə endirib.

İnfantino bu toplardan yalnız bir ədəd istehsal olunduğunu bildirib. Onunla Ərdoğan arasında maraqlı dialoq yaşanıb.

İnfantinonun “Orada oynayarsınız” deməyinə Ərdoğan “Necə oynayacağam, sən oynayacaqsan? Əgər sən oynasan, mən də oynayacağam. Gərək hazır gəlim”, - deyə cavab verib.

Mənbə: TGRT Haber

loading...
Diaspora