Ermənistan prezidenti Vahaqn Xaçaturyanın adı bir neçə diplomatik hekayəyə səbəb olub.
Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.
Nəşr yazır ki, onun ciddi qalmaqala girdiyini söyləmək olar.
“Xaçaturyan kraliça II Elizabetin son vida mərasimi zamanı Vestminster zalında onu müşayiət edənlərlə fotolar çəkdirərək söhbət etdiyi üçün Britaniya mətbuatında kəskin tənqidlərə məruz qalıb.
Bu, bir sıra aparıcı Britaniya mediası tərəfindən mərhum Kraliçaya hörmətsizlik kimi qiymətləndirilib. Mənbələrimizə görə, diplomatik korpus Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın da bu işdə əli olduğunu istisna etmir.
Diplomatların fikrincə, Xaçaturyanın şəklini çəkən Ermənistanın Böyük Britaniyadakı səfirinin Sarkisyanın “adamı” olmasından başqa, sabiq prezidentin Britaniya mətbuatında da ciddi əlaqələri var”, - deyə məqalədə bildirilir.