İraqın Əl Midadiyə şəhərinə endirilən hava zərbəsi nəticəsində ikisi jurnalist olmaqla yeddi nəfər həlak olub. QAZİLƏR.AZ saytının “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Agence France-Presse məlumat yayıb.
Müvafiq açıqlama rəsmi qurumlar tərəfindən verilib. Məlumata görə, jurnalistlər Al-Ghadeer telekanalının əməkdaşları olub. Zərbə nəticəsində telekanalın daha 2 əməkdaşı yaralanıb.