İranın bir çox şəhərində, o cümlədən, Tehran, Təbriz, Zəncan, Qəzvin, Sari, Məşhəd və digər şəhərlərində etiraz aksiyaları keçirilir.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Kürdüstan əyalətinin başçısı İsmail Zarei Kuşa deyib ki, əyalətində əxlaq polisi tərəfindən saxlanılan qızın ölümü ilə bağlı keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb.
O, yaralı sayını açıqlamasa da, əhalini sakitliyə çağırıb.
Qeyd edək ki, əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümü ilə bağlı bu gün İranın paytaxtı Tehranda, Həmədan və Qəzvin şəhərində də etiraz aksiyaları keçirilib. Tehranın Vəli Əsr xiyabanında izdihamlı etiraz aksiyasında hökumət əleyhinə şüarlar səsləndirilib.
Onlar “diktatora ölüm” şüarı səsləndirərək həbs olunan şəxslərin azad olunmasını tələb ediblər.