Ötən gecə Türkiyə sahillərində baş verən hadisə dünyanı şoka salıb. APA TV-nin məlumatına görə, miqrantları daşıyan iki qayıq batıb. Hadisə nəticəsində 5-i uşaq olmaqla 12 nəfər boğularaq ölüb, 2 nəfər isə itkin düşüb.
Dalğalar uşaqların meyitlərini Bodrum sahillərinə çıxarıb. Suriyadan qaçan 17 nəfər Yunanıstanın Kos adasından istifadə etməklə rezin qayıqlarla Avropaya keçmək istəyiblər. Miqrantların onları qanunsuz yolla Avropaya keçirən şəxslərlə 2 min 500 avroya anlaşdıqları məlum olub. Bodrum sahillərinə çıxan uşaq meyitlərinin fotoları dünya mediasının manşetinə çıxarılıb.