Cənubi Koreyanın “Samsung” şirkətinin kapitallaşması bu ilin aprel ayından 44 milyard dollar azalıb. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən xəbərinə görə, bu barədə Qərb KİV-ləri məlumat verir.
Bildirilir ki, buna şirkətin məhsullarına tələbatın azalması səbəb olub. Təkcə avqust ayı ərzində “Samsung” şirkətinin bazar dəyəri təxminən 12 milyard dollara qədər azalıb. Son bir ay ərzində korporasiyanın səhmlərinin qiyməti 8,1 faiz aşağı düşüb.Ümumiyyətlə, “Samsung”un kotirovkaları son 5 ay ərzində düşməkdə davam edir ki, bu da 1983-cü ilin dekabrından bəri rekord göstəricidir.
“Gartner” agentliyinin məlumatına görə, bu ilin ikinci rübündə “Samsung” şirkətinin dünya bazarındakı payı 21,9%-ə qədər düşüb. Bununla belə, “Apple” və “Xiaomi” şirkətlərinin bazardakı payı artmaqda davam edir.