Ermənistan prezidenti II Elizabetin dəfn mərasimində qaydaları pozdu - FOTO

Ermənistan prezidenti II Elizabetin dəfn mərasimində qaydaları pozdu -  FOTO backend

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Londondakı Vestminster sarayında Böyük Britaniya kraliçası II Elizabetin cəsədi olan tabutun önündə şəkil çəkdirib və bununla da monarxla ictimai vidalaşmanın müəyyən edilmiş qaydalarını pozub.

Məlumata görə, bazar günü eyniadlı sarayın Vestminster zalına gələn Xaçaturyan köməkçilərindən biri vasitəsilə telefonla şəkil çəkdirib.

Qeyd edək ki, sözügedən hadisə kraliça ilə vidalaşma zamanı foto çəkilişinə qoyulan qadağanın pozulması ilə bağlı ilk hadisə olub.

Mənbə: TASS

loading...
Diaspora