Tacikistan Qırğızıstanla münaqişədə ölənlərin sayını açıqladı

Tacikistan Qırğızıstanla münaqişədə ölənlərin sayını açıqladı backend

Qırğızıstan hərbçilərinin ağır hərbi texnikadan istifadə etməklə Tacikistan ərazisini atəşə tutması nəticəsində azı Tacikistanın 38 vətəndaşı, o cümlədən iki hərbçi həlak olub, 20-dən çox yerli sakin yaralanıb.

Qaziler.az xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şohin Səmədi bəyan edib.

“Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının “Kex” postunun minaatanlardan, pulemyotlardan və digər atıcı silahlardan atəşə tutulması nəticəsində Tacikistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu həlak olub. Sərhəddə gərginlik başlayandan 36 dinc sakin həlak olub, 20-dən çox insan yaralanıb”-deyə, o bildirib.

loading...
Diaspora