Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.
“Batken vilayətindən alınan əməliyyat məlumatlarına görə, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir. 140 nəfər xəsarət alıb, onlardan 7-si ambulator müalicəyə göndərilib”-deyə, məlumatda vurğulanıb.
Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.
*****
09:36
Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölənlərin sayını dəqiqləşdirib.
Yerli KİV xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 36-ya yüksəlib.
Nazirlik həmçinin 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi isə sərhəd münaqişəsi zamanı 37 nəfərin öldüyünü bəyan edib.
Agentliyin məlumatına görə, artıq 177 ton humanitar yardım Batken bölgəsinə çatdırılıb və daha 160 ton humanitar yardımın Bişkekdən göndərilməsi gözlənilir.
Report.az