PKK-dan növbəti hücum: 3 YARALI

PKK-dan növbəti hücum: 3 YARALI backend

Türkiyənin Elazığ şəhərində PKK silahlıları yerli yol polisi idarəsinə hücum edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 polis əməkdaşı yaralanıb.

Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.
Diaspora