Qırğızıstan Tacikistanla sərhədində baş verən qarşıdurmalarda 24 nəfər ölüb.
Apa-nın məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Əməliyyat məlumatlarına əsasən, 24 nəfərin meyiti Batken vilayətinin səhiyyə qurumlarına daxil olub", - məlumatda deyilir.
Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-də baş verib.