Ukraynada şəhər merinə sui-qəsd edildi

Ukraynada şəhər merinə sui-qəsd edildi backend

Ukraynada Lvov şəhəri yaxınlığında yerləşən Vinniki şəhərinin meri Sergey Uvarova qarşı sui-qəsd cəhdi olub. APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Lvov vilayəti üzrə DİN-nın Baş İdarəsindən bildiriblər.

Məlumata əsasən, insident yerli vaxtla saat 21:00 radələrində S. Uvarovun yaşadığı evin yaxınlığında qeydə alınıb. Onun avtomobilinə naməlum şəxslər tərəfindən atəş açılıb.

İlkin məlumata görə, hadisə nəticəsində S.Uvarova zərər dəyməyib. Yerli saytlar merin sürücüsünün yaralandığını bildiriblər. Hadisənin səbəbləri hələ ki, bəlli deyil.
Diaspora