Polşa Makedoniya və Monteneqronu NATO-ya qoşulmağa çağırdı

Polşa Makedoniya və Monteneqronu NATO-ya qoşulmağa çağırdı backend

Polşa 2016-cı ilin iyulunda Varşavada keçiriləcək NATO-nun sammitində Makedoniya və Monteneqronun Alyansa dəvət almasını istəyir. APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Polşanın milli müdafiə naziri Tomaş Semonyak Varşavada makedoniyalı həmkarı ilə görüşündən sonra bəyan edib.

“Danışıqlarımızın əsas mövzusu Varşava sammitində Makedoniya və Monteneqronun NATO-ya dəvət alması məsələsi olub. Məlum olduğu kimi, Polşa “açıq qapı” siyasətinin fəal tərəfdarı olaraq NATO-nun xüsusilə Balkan regionunda genişləndirilməsini dəstəkləyir”, deyə T.Semonyak bildirib.

Qeyd edək ki, Şimali Atlantika Alyansına yeni dövlətlərin dəvət olunması məsələsinə NATO ölkələri XİN rəhbərlərinin görüşündə baxıla bilər.
Diaspora