İranda məsciddə insanlara bıçaqla hücum edilib

İranda məsciddə insanlara bıçaqla hücum edilib backend

İranın Fars əyalətinin Şiraz şəhərində naməlum şəxs bıçaqla məsciddə insanlara hücum edib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.

İnsanlar səhər dini ayini yerinə yetirib məsciddən çıxarkən həmin şəxs onlara bıçaqla hücum edib.

8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. Soyuq silahla məsciddə insanlara hücum edən şəxs saxlanılıb.

Diaspora