Populyar “YouTube” video-hostinq servisi bu ilin sonuna qədər özünün ödənişli abunə sistemini yaratmağı planlaşdırır.
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bu barədə aparıcı Qərb KİV-ləri yazır.
İstifadəçilər xidmətə giriş üçün ödəniş edərək bir sıra üstünlüklər əldə edəcəklər. Onlar videoçarxlara reklamsız baxmaq və əlavə imkanlarla tanış olmaq imkanı əldə edəcəklər. “YouTube” rəhbərliyinin fikrincə, bu cür imkanlar tanınmış videokanalların müəlliflərinə birbaşa olaraq tamaşaçılardan qazanmaq imkanı yaradacaq.
Bundan başqa, ödənişli abunəçilik istifadəçilərə bəyəndikləri videoçarxları keşləməyə və sonradan internetə qoşulmadan baxmağa imkan verəcək.
Xatırladaq ki, avqust ayının əvvəlindən “YouTube” istifadəçi veb-pleyerinin dizaynını yeniləyib.