Sentyabrın 8-də 96 yaşında vəfat edən Britaniya kraliçası II Elizabetin portreti dünyanın ən hündür binası olan Dubaydakı “Burc Xəlifə”də əks olunub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, göydələn kraliçanın portreri ilə yanaşı Britaniya bayrağının rənglərinə də bürünüb.
Qeyd edək ki, Kraliçanın tabutu Edinburq şəhərindəki kilsəyə aparılıb. Orada Elizabetin xatirəsinə mərasim keçiriləcək və 24 saat ərzində ictimaiyyət onunla vidalaşa biləcək.