Yaponiyanın Vaseda Universitetinin sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının nümayəndələri Xəzər Universitetində olublar.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə M.Kurihara Vaseda Universitetinin, eləcə də çalışdığı resurslar və ekologiya mühəndisliyi departamentinin tarixi, təhsil sistemi, elmi tədqiqatları barədə geniş təqdimatla çıxış edib.Sonra Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı rəhbərlik etdiyi ali məktəbin təhsil sistemi, həyata keçirdiyi layihələr barədə danışıb.
Görüşdə, həmçinin neft və qaz mühəndisliyi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.