Daha 4 taxıl gəmisi Ukraynadan yola çıxıb

Daha 4 taxıl gəmisi Ukraynadan yola çıxıb backend

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib.

Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü 92,5 min tondur. Onlar Türkiyə, Livan və Niderlanda günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.

APA