III Çarlz rəsmi olaraq Avstraliya dövlətinin başçısı elan edildi

III Çarlz rəsmi olaraq Avstraliya dövlətinin başçısı elan edildi backend

Böyük Britaniya Kralı III Çarlz bazar günü rəsmi olaraq Avstraliya dövlətinin başçısı elan edilib.

Trend-in məlumatına görə, bu barədə SBS telekanalı məlumat yayıb.

Avstraliyanın baş naziri Entoni Albanes bu barədə parlamentin Kanberrada keçirilmiş iclasında bildirib.

Hökumət başçısı həmçinin qeyd edib ki, Kraliça II Elizabetin vəfatına görə 22 sentyabr ölkədə matəm günü elan edilib.

Baş nazir Kraliçanın sentyabrın 19-da keçiriləcək dəfn mərasimində iştirak edəcək.

Xatırladaq ki, III Karl sentyabrın 11-də həmçinin Yeni Zelandiya dövlətinin də başçısı elan edilmişdi.

Diaspora