Bu gün II Dünya müharibəsinin sona çatmasının 70 illiyi qeyd edilir. 1945-ci il sentyabrın 2-də Amerikanın "Missuri" linkorunun göyərtəsində Yaponiyanın qeyri-şərtsiz kapitulyasiyası barədə akt imzalanıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, II Dünya müharibəsinin sona çatdığı bu günü artıq Uzaq Şərqdə təntənəli mitinq və yürüşlə qeyd edirlər. Petropavlovsk-Kamçatski şəhərinin baş meydanında hərbçilərin parad heyətinin keçidi olub.
Döyüş meydanından sağ qayıtmayan əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Paradda "Ölümsüz polk"un keçidi də diqqəti cəlb edib. Təntənəli mərasimlər, həmçinin sovet ordusunun əsgərlərinə ithaf olunmuş abidənin qoylduğu "Azadlıq meydanı"nda da keçirilib.