Türkiyə prezidenti II Elizabetin dəfnində iştirak edə bilər – VİDEO

Türkiyə prezidenti II Elizabetin dəfnində iştirak edə bilər –  VİDEO backend

Cümə namazından sonra ənənəvi olaraq Türkiyə mətbuatının suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Britaniya Kraliçasının dəfnində iştirak etmək məsələsinə aydınlıq gətirib.

Türkiyə lideri xatırladıb ki, Britaniya kraliçasının ölümü ilə bağlı sosial şəbəkə vasitəsilə başsağlığı verib:

“Əgər proqramımız imkan verərsə, mərasimdə iştirak etmək niyyətindəyəm”.

Qeyd edək ki, sentyabrın 8-də Böyük Britaniya tarixində ən uzun müddət taxtda olan Kraliça II Elizabet 96 yaşında vəfat edib. Böyük Britaniyanın yeni kralı 73 yaşlı şahzadə Çarlz olub.

loading...
Diaspora