Britaniyanın yeni kraliçası o oldu – Şahzadə Diana onun haqqında nə demişdi?

Britaniyanın yeni kraliçası o oldu – Şahzadə Diana onun haqqında nə demişdi? backend

Bir vaxtlar Uels şahzadəsi Diana ilə varis şahzadə Çarlzın nikahını pozan kimi qınanılan Kamilla tac qoyacaq və tacqoyma mərasimində kral III Çarlzın yanında yerini alacaq.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Məlumata görə, bu, kraliça II Elizabetin bu ilin fevralında taxta çıxmasının 70 illik yubileyi ərəfəsində dilə gətirdiyi səmimi arzusu olub. II Elizabet Çarlzın taxta çıxmasından sonra onun arvadının kraliça (queen consort) kimi tanınmasını istədiyini bildirib.

“Vaxtı gələndə oğlum Çarlz kral olacaq, bilirəm ki, ona və arvadı Kamillaya mənə verdiyiniz dəstəyi verəcəksiniz; və mən səmimiyyətlə arzu edirəm ki, o vaxt gələndə Kamilla sadiq xidmətini davam etdirdiyi üçün o, kraliça konsort kimi tanınsın”, deyə kraliça həmin vaxt yazmışdı.

“Çarlz çoxdan istəyirdi ki, Kamilla kraliça titulunu alsın və beləliklə tac taxıb məsh edilsin. Lakin onun kraliça Kamilla kimi tanınması yalnız ictimai rəydə fövqəladə dəyişiklik nəticəsində mümkün olub”, – “The Guardian” yazır.

Sağlığında Diana Kamillanı “rotveyler” adlandırırdı. Uels şahzadəsi 1995-ci ildə BBC-nin müxbiri Martin Başirə Çarlz və Kamillanın uzun müddət davam edən sevgi münasibətinə istinad edərək “bu nikahda üçümüz var idik” dediyi səs-küylü müsahibədən sonra Kamilla Britaniya ictimaiyyəti tərəfindən bəyənilməməyə məhkum kimi görünürdü.

Diananın 1997-ci ildə ölümündən sonra taxtın varisi və onun tərəf müqabilinin publika önünə çıxması üçün iki il vaxt lazım oldu. Onlar ilk dəfə Londonun “Ritz” hotelində Kamillanın bacısının ad günündə ilk dəfə ictimaiyyət qarşısına çıxdılar.

Lakin növbəti il kraliça II Elizabet Çarlz və Kamilla ilə şam yeməyinə qatılaraq razılığını nümayiş etdirdi. Cütlük 9 aprel 2005-ci ildə mülki mərasimlə evləndi, sonra kraliça II Elizabetin iştirakı ilə Müqəddəs Georgi kilsəsində dini xeyir-dua verildi.

Kamilla Ülyahəzrət Şahzadə-konsort titulunu aldı. Tədbir 20 000 insanı Vindzor qəsrinə aparan küçələrə topladı ki, bu da Kamillanın Britaniya ictimaiyyətini qazandığının ən bariz işarəsi hesab edilir.

loading...
Diaspora