II Elizabetin son görüntülərində qeyri-adi detal - FOTO

II Elizabetin son görüntülərində qeyri-adi detal -  FOTO backend

Böyük Britaniya kraliçası II Elizabetin çəkdirdiyi son fotoşəkillərdə qeyri-adi bir detal diqqət çəkib. Kadrlar onun Britaniyanın yeni baş naziri Liz Trass ilə görüşü zamanı lentə alınıb.

Çəkilən fotoşəkillərdə kraliçanın yaxşı əhvali-ruhiyyədə olmasına rəğmən, sağ əlinin üzərindəki qançırlar gözdən yayınmayıb.

Xatırladaq ki, sentyabrın 8-də Bukingem sarayı II Elizabetin səhhətinin pisləşməsini bəyan edib. Dərhal sonra onun ömrünün son həftələrini keçirdiyi Balmoral qəsrinə övladları və nəvələri yollanıblar. Həmin gün axşam saatlarında kraliça dünyasını dəyişib.

Britaniyanın yeni kralı II Elizabetin 73 yaşlı oğlu Şahzadə III Çarlz olub. Tacqoyma sentyabrın 10-da həyata keçiriləcək. Qaydalara görə, mərasim əvvəlki monarxın ölümündən sonra bir sutka ərzində keçirilməlidir. Lakin bu dəfə ənənəyə riayət edilməyib.

Mənbə: Newsweek / Oxu.az

loading...
Diaspora